Naxçıvanda taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş məhsulların satınalma qiymətləri bəlli olub
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada 2022-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarından İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:
Buğda – 50 qəpik
Arpa – 40 qəpik
Qarğıdalı (dən üçün) – 35 qəpik
Qarğıdalı (yağ üçün) – 42 qəpik
“10 iyun 2022-ci il tarixdən arpanın, 10 iyul 2022-ci il tarixdən buğdanın, 20 sentyabr 2022-ci il tarixdən qarğıdalının satın alınmasına başlanılacaqdır. Təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcək”,-deyə məlumatda bildirilir.
Yaranacaq suallarla bağlı aşağıda göstərilən əlaqə nömrələrinə müraciət edə bilərsiniz:
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi–
(036)-545-75-77, (050)-615-58-25
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi –
(036)-545-20-39, (050)-250-10-63
“Gəmiqaya Taxıl Məhsulları” MMC – (070)-250-85-81