Ordubad rayonunun Aşağı Əndəmic kəndində aparılan tikinti quruculuq işləri yekunlaşmaq üzrədir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayon mərkəzinə çox yaxın, cəmi 5 kilometr məsafədə yerləşən Aşağı Əndəmicdə 252 şagird yerlik məktəb binası əsaslı surətdə yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur, Aşağı Əndəmic avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılır, kənddaxili yollar təmir edilir.

Yaşayış məntəqəsinin içməli su xətləri də yenilənir, rabitə, elektrik və qaz xətlərində əsaslı təmir işləri həyata keçirilir. Yeni məktəb istifadəyə verildikdən sonra işıqlı sinif otaqları, fizika, kimya, biologiya kabinələri, internetə qoşulacaq kompüter və elektron lövhəli otaqlar, hərbi kabinə müasir avadanlıqlarla təmin ediləcək.

Kənd mərkəzində fəaliyyət göstərəcək inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyənin, rabitə və poçt xidmətinin müasir tələblər səviyyəsində fəaliyyət göstərməsi üçün şərait yaradılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: