Sentyabrın 9-da İstanbul TUYAP Sərgi Mərkəzində 29-cu Beynəlxalq “WorldFood Istanbul-2021” qida məhsulları və texnologiyaları sərgisi açılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dünyanın müxtəlif ölkələrindən qida sənayesində fəaliyyət göstərən 1000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı sərgiyə muxtar respublikada fəaliyyət göstərən “Nur-Qida” MMC-nin, “Müasir Məkan” ət və ət məhsulları və “Savalan-s” kiçik müəssisələrinin nümayəndələri iştirak edir.
Sentyabrın 12-dək davam edəcək sərgi bir-birindən maraqlı fəaliyyətləri ilə də diqqətləri cəlb edəcək. Worldfood İstanbul Türkiyənin qida baxımından dünyaya açılan qapısıdır.
Ümumilikdə isə, cari ilin ötən dövrü ərzində yerli məhsullarımız 13 beynəlxalq sərgidə təmsil olunub.