Dərman vasitələrinin ekspertizasının qiymətlərini Tarif Şurası müəyyənləşdirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.
Qərara əsasən “Analitik Ekspertiza Mərkəzi” MMC publik hüquqi şəxsə çevrilib.
Eyni zamanda ekspertiza Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.