Bu ilin mart ayından etibarən Babək rayonunun Araz kəndində kompleks quruculuq işləri başlayıb. Görülən işlər çərçivəsində kənddə ümumi orta məktəb üçün yeni bina inşa olunub, kənd və xidmət mərkəzləri tikilib, yollar abadlaşdırılıb. Artıq tikinti obyektlərində son tamamlama işləri aparılır. Tezliklə bu kiçik yurd yeri müasir Azərbaycan kəndinin real nümunəsinə çevriləcək. Ötən ildən başlayaraq Araz kəndində içməli su və kanalizasiya sistemlərinin çəkilişi də aparılır. Artıq evlərdə birləşmələr də aparılıb. Yaxın gələcəkdə işlərin başa çatdırılması planlaşdırılır.
“Şərqin səhəri” qəzeti