Kəngərli rayonunda tütün qırımı davam edir

A- A A+

Bu il rayonun Xıncab, Təzəkənd və Böyükdüz kəndlərində, ümumilikdə, 35 hektar sahədə tütün əkini aparılıb. Əkinlər “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti və fermerlər tərəfindən həyata keçirilir. Qeyd edək ki, tütün şırım üsulu ilə əkilib və sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub. Həmin sahələrdə əkin üçün “Virciniya” və “Pirlep-66” tütün sortlarından istifadə olunub. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələri sakinlərinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Hazırda tütün sahələrində qırım işi davam edir. İndiyədək sahələrdən 166 ton 355 kiloqram məhsul götürülüb. Tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara gətirilir, düzülərək tütünqurutma yerində qurudulur.

                                         “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: