Naxçıvanın turizm potensialı Moskvada sərgilənib - VİDEO

A- A A+

Rusiya Federasiyasının Moskva şəhərində 7-9 sentyabr tarixlərdə 27-ci beynəlxalq turizm sərgi və forumu keçirilib.

Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya,  Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tailand, Tanzaniya, Braziliya, Kuba kimi 18 ölkədən 350-dən çox şirkətin iştirak etdiyi forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bürosu, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, eləcə də 11 yerli turizm şirkəti iştirak edib. Sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunub.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseyov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: