Naxçıvanda indiyədək 4178 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib

A- A A+

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar çərçivəsində özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi, özəlləşmənin iqtisadiyyatın inkişafına təsirinin artırılması əsas prioritetlərdəndir. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat və digər xidmət sahələrində 4178 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 55-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib.

2021-ci ilin ötən dövrü ərzində 4 obyekt və 34 nəqliyyat vasitəsinin özəlləşdirilməsindən 359 min manat, ümumilikdə özəlləşdirmə prosesi başlayandan bu günə kimi isə 20 milyon 812 min manat qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə və təşkilatların hesabına köçürülüb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq  sərəncamının icrası ilə əlaqədar olaraq dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanlarının balansa alınması istiqamətində tədbirlər görülüb, cari ilin ötən dövrü ərzində 2 su dəyirmanı, 3 xidmət mərkəzi olmaqla, ümumilikdə 6 su dəyirmanı və 148 xidmət mərkəzi Nazirliyin balansına alınması təmin edilib. Xidmət mərkəzləri üzrə 427, tоrpaq və qeyri-yaşayış sahələri üzrə sahibkarlarla ümumilikdə 277 icarə müqaviləsi bağlanıb.

Kəndlərdə aparılan kompleks quruculuq işləri məişət və ticarət xidmətlərinin də günün tələbinə uyğun təşkili təmin edilib. Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb, yaradılan xidmət mərkəzlərində 500-dən çox nəfər işlə təmin edilib.

2021-ci ilin ötən dövrü ərzində muxtar respublikada dövlət əmlakı olaraq 19 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanıb, ümumilikdə muxtar respublika üzrə 2545 obyekt texniki pasportla təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: