Şərurda təsərrüfatçılar bu il 10 hektar ərazidə yerkökü yetişdirib - VİDEO
Şərur rayonunda bu il 2056 hektarda tərəvəz, o cümlədən 1374 hektarda kartof yetişdirilib. Rayonun Cəlilkənd, Zeyvə, Xələc, Düdəngə, Sərxanlı, Aralıq, Məmmədsabir və digər yaşayış məntəqələrində daha çox tərəvəz əkilir. Hazırda ailə təsərrüfatçıları yetişdirdikləri tərəvəz məhsullarının tədarükü ilə məşğul olurlar. Bu il Şərur rayonunda ailə təsərrrüfatçıları tərəfindən 10 hektara yaxın sahədə yerkökü əkilib.
Rayonun Məmmədsabir kəndində yaşayan təcrübəli təsərrüfatçı Əli Rüstəmov digər tərəvəzlərlə yanaşı, yerkökü məhsulunun istehsalına da üstünlük verir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov