İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin əməkdaşlarının “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüşü təşkil edilib.
Görüşdə vurğulanıb ki, hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir.
Nazirliyin əməkdaşları muxtar respublikada son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələri, ümumi daxili məhsulun həcmi və strukturu, investisiya qoyuluşları və infrastruktur layihələri haqqında, həmçinin muxtar respublikada özəl sektorun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafın, məşğulluğun təmin olunmasında Şərur Sənaye məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verib.