Şəhərlər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qaydalar müəyyənləşdirilib

A- A A+

Azərbaycanda şəhərlər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qaydalar müəyyənləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il oktyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə (“Check App”) vasitəsilə həyata keçiriləcək. Sözügedən tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb və sentyabrın 1-dən COVİD-19 pasportu tələb olunan bütün məkanlarda istifadə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: