Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalislərə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bilet satışı zamanı sərnişindən COVID-19 pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq".
N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVID-19 pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: "Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara getmək istəyən, lakin COVID-19 pasportu olmayan sərnişinlərə bilet satılmasın. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVID-19 pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək".