Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 milyard 878 milyon 670 min manat olub

A- A A+

Muxtar respublikada 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 4066,4 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 772 milyon 115 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: