Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz artıb - FOTOLAR
Bu ilin yanvar-avqust aylarında 338 milyon 53 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 15333 ton, süd istehsalı 70239 ton olunub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb.