Naxçıvanda ötən ay 8 vergi ödəyicisində nöqsanlar aşkarlanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən sentyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 8 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Bu barədə Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 2 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması, 3 vergi ödəyicisində “Malların elektron qaimə-faktura əsasında təqdim edilməməsi”, 1 vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmaması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: