Azərbaycan neftinin qiyməti son iki ilin rekordunu yeniləyib

A- A A+

Azərbaycan neftinin qiyməti bahalaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,08 dollar artaraq 83,56 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 27-də (80,77) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: