Plastik Məmulatların Keyfiyyətə Nəzarət və Sınaq Laboratoriyası Qafqazda yaradılmış ilk laboratoriyadır

A- A A+

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Naxçıvan Muxtar Respublikasının, eləcə də Azərbaycanın iqtisadi inkişafında mühüm rolu olan şirkətlərdəndir. Şirkətin 2008-ci ildə əsası qoyulan “Cahan İnşaat” Sənaye Kompleksinin tərkibində fəaliyyət göstərən bir neçə istehsal sahəsi vardır ki, onlardan biri də Plastik Məmulatlar Zavodudur. Burada “Maqna” brendi adı altında beynəlxalq standartlara cavab verən qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boruların əlavə hissələri istehsal olunur. İstehsal edilən məhsullar həm daxili, həm də xarici bazarda öncül sıralardadır.

Fabrikin istehsal xammalı və avadanlıqları Almaniya, Türkiyə və dünyanın digər qabaqcıl ölkələrindən idxal olunur. Müasir qurğular məhsul istehsalının sürət və keyfiyyətini artırır. Belə ki, Plastik Məmulatlar Zavodunun Plastik Məmulatların Keyfiyyətə Nəzarət və Sınaq Laboratoriyası artıq 5 ildir, fəaliyyət göstərir. Laboratoriya Qafqazda ilk plastik məmulatların keyfiyyətinə nəzarət və sınaq laboratoriyasıdır. Fabrikdə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət prosesləri bu laboratoriyada aparılır. Burada hər bir ləvazimat Tayvan istehsalı olan müasir texnologiyalardır. Laboratoriyada ana profillərdə, pəncərə və qapıların emalında istifadə olunan materialların küləyə qarşı davamlılığı, hava keçirməni, su keçirməzliyi, zərbə müqavimətini, daxili təzyiqi, süni hava şərtlərinə dayanıqlılığı, “X-Rite D-65” gün işığı vasitəsilə rəng təyinini müəyyənləşdirən cihazlardan istifadə olunur. Bu avadanlıqlar vasitəsilə zavodda istehsal olunan hər bir məhsul sınaqdan keçirildikdən sonra istehsala buraxılır. Laboratoriyada fabrikdə istehsal edilən hər bir məhsuldan nümunələr saxlanılır və aparılan proseslər yerli, ixtisaslı laborant tərəfindən həyata keçirilir.

Müəssisədə yerli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirilir. Burada gənc kadrların hərtərəfli inkişafı, təcrübi məşğələlərin keçirilməsi üçün əlverişli şərait yaradılır. Yerli mütəxəssislərin ixtisaslaşdırılması isə ölkə iqtisadiyyatına öz töhfəsini verir. Plastik Məmulatların Keyfiyyətə Nəzarət və Sınaq Laboratoriyası da fəaliyyətə başladığı gündən gənc mütəxəssislərin istifadəsindədir. Burada sınaq proseslərinin uğurla həyata keçirilməsində laborant Vasif Qasımov böyük səy göstərir və həvəslə çalışır. Çünki bu laboratoriya Qafqazda plastik məmulatların keyfiyyətinə nəzarət edən ilk laboratoriyadır. Müasir avadanlıqlar vasitəsilə burada məhsulların bütün keyfiyyət göstəriciləri analiz edilir, sınaqdan keçirildikdən sonra istehsala buraxılır. Laboratoriyada 18 sınaq və təyinetmə avadanlığı var. Bu avadanlıqlar vasitəsilə məhsullar üzərində dünya standartlarına uyğun təcrübə aparmaq, istehsal olunan hər bir məhsulu sınaqdan keçirmək mümkündür.

Bu gün müasir avadanlıqlarla təchiz olunan belə bir laboratoriyanın Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərməsi burada istehsal olunan hər bir plastik məmulatın yüksək keyfiyyətə əsaslandığını göstərir.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının
mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: