Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan MuxtarRespublikasında da bu gəlirli sahənin inkişafı üçün 2017-ci ildən başlayaraq Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində tütün əkilir.
Cari ildə də rayonun Xıncab, Təzəkənd və Böyükdüz kəndlərində, ümumilikdə, 35 hektar sahədə tütün əkilib. “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti və fermerlər tərəfindən şırım üsulu ilə əkilən tütün sahələrinə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub. Ümumilikdə təsərrüfata 227 tondan artıq yaş tütün təhvil verilib
Qeyd edək ki, əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi həmin torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Tütün həmin yaşayış məntəqələrinin əhalisinin məşğulluğunun təmin edilməsinə də öz müsbət təsirini göstərir.
“Yeni Həyat” qəzeti