Kənd təsərrüfatı ilə məşğul olanlara göstərilən dövlət qayğısı Kəngərli rayonunda bitkiçilik məhsullarının ildən-ilə artmasını təmin edib. Ötən il sahələrdən nəzərdə tutulduğundan artıq məhsul istehsal edən rayonun taxılçıları bu il də payız əkinlərini sürətlə aparırlar. Torpaq mülkiyyətçiləri əkinçiliyin bu sahəsinin inkişafına diqqət yetirir, öhdələrində olan torpaq sahələrindən daha çox məhsul götürmək üçün aqrotexniki tədbirlərə üstünlük verirlər. Artıq bir neçə gündür ki, rayonda taxıl əkininə başlayıb.
Hazırda 1928 hektar sahədə şum aparılıb, bunun yarısından çoxu əkin üçün hazırlanıb, 37 hektara toxum səpilibdir.
Qeyd edək ki, rayonun bütün kəndlərində sahələrin şumlanması və əkin üçün hazırlanması işləri davam etdirilir.
"Yeni həyat" qəzeti