Muxtar respublikada sənayenin və innovativ istehsalın inkişafı daha da sürətləndirilib

397

İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini  və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştli kreditlərin və yardımların edilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili bu sahənin inkişafını daha da sürətləndirir, sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalına təkan verir. Sənayeləşmə siyasətinə uyğun olaraq, daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarını genişləndirən yüzlərlə müasir sənaye müəssisələri, yeni istehsal sahələri, o cümlədən sənaye məhəlləsi yaradılır. 

Ölkə Prezidentinin müvafiq fərmanına əsasən 2019-cu ildə muxtar respublikada sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, özəl sektorun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılıb. Xidmət infrastrukturunun inkişaf etməsi, eləcə də sosial-iqtisadi inkişafın mühüm göstəricilərinə görə muxtar respublikanın ərazicə ən böyük rayonlarından olan  Şərurda sənaye məhəlləsinin formalaşması üçün geniş imkanlar və gələcək perspektivlər mövcuddur.

3 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, süd emalı, meyvə-tərəvəzin konservləşdirilməsi və tomat istehsalı, ofis ləvazimatları, kağız-torba, corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulubdur. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılmasında da  xüsusi əhəmiyyət daşıyacaqdır.

Son illər ərzində rayon və kəndlərdə kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edib. Bu istiqamətdə Sahibkarlığın İnkişafı Fondunun xətti və sahibkarların şəxsi təşəbbüsü ilə rayonlarda daha çox mikro və kiçikhəcmli layihələrin reallaşdırılmasına başlanılıb.

Yerli xammaldan istifadə imkanlarının artırılması, istehsalın ərazi və xammal prinsipləri üzrə səmərəli yerləşdirilməsi sahəsində dövlət maliyyə dəstəyi ilə muxtar respublikanın kəndlərində süd məhsullarının emalı əsasında xama, pendir, lavaş, kompot, balın emalı, meyvəqurutma, fərdi quşçuluq, bağçılıq, üzümçülük, tərəvəz və limon istixana kompleksləri, soyuducu anbar və bu kimi çoxsaylı kiçikhəcmli istehsal sahələri yaradılıb. Belə ki, cari ildə verilən kreditlərin 32,5 faizi kiçikhəcmli layihələrin payına düşüb.

Dахili bаzаrın qоrunmаsı, əhаlinin tələbаtının dаhа kеyfiyyətli məhsullаrlа ödənilməsi məqsədilə yеrli təbii rеsurslаr və sаtış bаzаrının mövcud оlmаsı nəzərə аlınmаqlа iqtisаdi cəhətdən səmərəli hеsаb еdilən istеhsаl sаhələrinin yаrаdılmаsı istiqаmətində Rusiyа, Çin, Hindistan, İtaliya, Türkiyə şirkətləri ilə əlаqələr yаrаdılıb və  17 lаyihə аlınаrаq tехniki iqtisаdi göstəriciləri аrаşdırılıb və sаhibkаrlаrlа təqdimаtı keçirilibdir.

Sahibkarlara təqdimatı keçirilən layihələr içərisində orqanik gübrə, mini şərab, mismar, plastik taralar, velosiped, sabun, yun iplik, tibbi pambıq, ipliklərin təbii boyaqlarla boyanması, gülab, yumurta tarası, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz, yabanı meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi, arıçılıq məhsullarının emalı sahələrinin, damazlıq təsərrüfatlarının yaradılması, ət kəsim və heyvandarlıq məhsulları tədarükü məntəqələrinin, avtoservis, turizm və əyləncə sahələrinin yaradılması, o cümlədən idman sahəsində pullu xidmət növlərinin  yaradılması  daha məqsədəmüvafiq hesab edilib.

Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq işləri kənd və qəsəbələrimizi də əhatə edib, minlərlə sosial infrastruktur obyektləri istifadəyə verilib. Bunun müqabilində sahibkarlar da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, öz fəaliyyətləri ilə dövlət siyasətinə dəstək verməlidirlər. Çünki qurulan hər bir müəssisə dövlətimizin iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılması və əhalimizin sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Bu baxımdan kiçik və orta həcmli layihələrin icrası böyük önəm daşıyır.

Hazırkı dövrdə muxtar respublikamızda sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən sənayeləşmə siyasəti xeyli vaxtdır ki, muxtar respublikanın iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.

Çinarə Balayeva

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: