Gəncədə keçirilən sahibkarlarla görüşdə Naxçıvan məhsullarının ixrac potensialından danışılıb - FOTOLAR

A- A A+

Gəncə şəhərində müəssisə rəhbərləri və sahibkarlarla görüş keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye və yeyinti məhsulları barədə məlumat  verib.  İxrac  imkanlarının  yüksək  olduğunu  diqqət çatdıran  Vüqar Abbasov  muxtar respublikada  istehsal olunan  məhsulların  respublikamızın bütün regionlarında olduğu kimi Gəncə şəhərində də bir sıra satış mərkəzlərində  üstünlük təşkil etməsindən danışıb, Gəncədə fəaliyyət göstərən filialların hər zaman diqqətdə saxlanıldığını, yüksək keyfiyyətə nəzarət olunduğunu bildirib.

Görüş zamanı rəşadətli ordumuzun keçdiyi şərəfli qəhrəmanlıq yolundan da danışılıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra tədbir iştirakçıları Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazini ziyarət edib,  həmin gün dünyasını dəyişən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

                                                                 Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: