NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak ilə Naxçıvanda baş tutan Mühasiblərin və auditorların VII Avrasiya Forumunda iştirak edən Gürcüstanın Mühasiblər Birliyinin direktoru, Gürcüstan Maliyyəçilər və Mühasiblər İnstitutunun sədri Tata Beridze deyib. Naxçıvanın iqtisadi imkanları ilə bağlı fikirlərini jurnalistlərlə bölüşən ICFM & ICB-nin Gürcüstandakı nümayəndəsi qeyd edib ki, Forum çərçivəsində Azərbaycanın bu qədim diyarı ilə yaxından tanış olmaq imkanımız yarandı. Biznes Mərkəzində panellərarası fasilədə müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, muxtar respublikanın güclü iqtisadi imkanları vardır, istehsal olunan məhsulların müxtəlifliyi buradakı geniş biznes mühitindən xəbər verir. Naxçıvan həm qədim tarixi, həm müasir görkəmi, fərqli landşaftı ilə böyük marağımıza səbəb oldu. Forumun “Arıçılıq məhsulları-bal satış yarmarkası”na təsadüf etməsi də çox gözəl oldu, yarmarkada sərgilənən arıçılıq məhsulları birbirindən maraqlı idi. Dəvət üçün, tədbirin təşkilinə görə minnətdarlığımı bildirirəm.