Bu barədə Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 151 milyon 583 min manat olub. Bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 4656 manat olub.
“Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,7 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57 faiz təşkil edib”-deyə xəbərdə bildirilir.
Bundan əlavə, ötən illə müqayisədə bu il sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 3,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,7 faiz, informasiya və rabitə xidmətləri 7 faiz, pərakəndə əmtəə dövriyyəsi 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb.