Muxtar respublikada ötən doqquz ayda nağdsız ödənişlərin miqdarı 33,6 faiz artıb

A- A A+

1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatıb. Bu ilin ötən müddətində açılmış 34121 bank hesabının 34081-i aktiv hesablar olub.

Bu faktlar Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olmuş məlumatda qeyd olunub. Məlumata görə, 1 oktyabr 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,6 faiz çoxdur.

Həmçinin 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: