Zəngilan Beynəlxalq Hava Limanının tikintisi gələn il başa çatacaq

A- A A+

Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq. Limanda tikinti işlərinə bu ilin may ayında başlanılıb. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verərkən bildirib.

Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: