Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılıb. Bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.
2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilib. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilib. Cari ildə taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilib.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılıb.
Məlumatda bildirilir ki, bu il muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52,4 hektar sahədə tütün əkini aparılıb. Bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur. 1 oktyabr 2021-ci il tarixə əkin sahələrindən 71,8 ton qurudulmuş tütün tədarük edilib. Bu da bir il öncəki göstəricidən 66,6 faiz çoxdur.