Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək
Kəlbəcər rayonunda hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verərkən bildirib.
Qeyd edilib ki, çəkiləcək xətlərlə yanaşı, 42 kilometrlik xətt də bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.