Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrinin icra vəziyyəti açıqlanıb

A- A A+

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən yol infrastrukturu layihələrinin oktyabrın birinə olan icra vəziyyəti açıqlanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən məlumat verir.

“ZƏFƏR YOLU”

- texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 90%.

ƏHMƏDBƏYLİ-FÜZULİ-ŞUŞA avtomobil yolu

- texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 32-36, 40-42, 51- 52, 58-63, 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.

TOĞANALI-KƏLBƏCƏR-İSTİSU avtomobil yolu

- texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
- görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.

KƏLBƏCƏR-LAÇIN avtomobil yolu

- texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.

HORADİZ-CƏBRAYIL-ZƏNGİLAN-AĞBƏND avtomobil yolu

- texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 15%, boru və keçidlərin tikintisi 10%, körpülərin tikintisi 8% icra olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: