Dünya birjalarında neft qiymətləri bahalaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 86,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,74 dollar bahalaşaraq 84,50 dollar olub.