Bəstəkar Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb - FOTOLAR

A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Qeyd edək ki, poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: