Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilib. Bu il ümumi kreditlərin 25 milyon 69 min 800 manatı sahibkarlıq subyektlərinə verilib ki, bunun da 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.