Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada internet və pos-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi 2017-ci ilin yanvar-sentyabr aylarında 23 milyon 115 min 297 manat olduğu halda, 2021-ci ilin müvafiq dövründə bu göstərici 85 milyon 860 min 778 manat təşkil edib. Bir il öncəyə nisbətən 33,6 faiz artıb. Quraşdırılmış pos-terminalların sayı isə 1502-yə çatdırılıb.