Bakıdan İstanbula uçan təyyarə güclü dumana görə başqa aeroporta enib

A- A A+

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə aviaşirkətdən bildirilib.

Məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: