NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan noyabrın 15-dən etibarən Qafan-Çakaten yolunda gömrük məntəqəsi yaradacaq. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 15-də saat 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi quracaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ermənistan tərəfi güzgü prinsipinə əsasən həmçinin sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Qorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı və Çaysəmi kəndlərindən keçən hissəsində gömrük və sərhəd nəzarəti tətbiq edib.