Naxçıvanda bu il əsas kapitala yönəlmiş vəsaitin 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb

A- A A+

2021-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilib. Bunun da 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir. Məlumata əsasən, cari ilin ötən dövründə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 88 şagird yerlik 1 ümumtəhsil məktəbi, 12 inzibati bina, 1 nasos stansiyası, 13 subartezian quyusu, 1 körpü, 16 mədəniyyət müəssisəsi, 10 səhiyyə müəssisəsi, 103 istehsal və xidmət sahəsi, 2 idman obyekti və bir sıra digər obyektlər tikilmiş, 7 təhsil müəssisəsi, o cümlədən 1700 şagird yerlik 5 ümumtəhsil məktəbi, 1 inzibati bina, 1 körpü, 1 səhiyyə müəssisəsi, 1 idman obyekti və digər obyektlər yenidən qurulub.

Həmçinin bu dövrdə bir neçə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, inzibati binaların, nasos stansiyalarının yenidən qurulması davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: