Şərurlu gənclər “Gələcək üçün maliyyə” təliminə qoşuldu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında maliyyə savadlılığını təşviq etmək, onları gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaq olub.

Maliyyə Tədris Mərkəzinin təlimçiləri İbrahim Şərifov və Kərim Nəcəfov “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir?”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat veriblər. Təlim müddətində, həmçinin mövzular ətrafında hazırlanmış suallardan ibarət intellektual yarışlar keçirilib, yarışların nəticələrinə əsasən ilk 3 yeri tutmuş komandalar təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.

40 nəfər gəncin iştirak etdiyi təlim Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: