İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Oci ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, C.Ovci görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə çox konstruktiv görüş keçirilib.
İran və Azərbaycanda çox böyük neft və qaz yataqlarının olduğunu deyən C. Ovci iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcud olduğunu vurğulayıb: "Bugünkü iclasda qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi (Swop) haqqında, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olundu".
Xəzər dənizindəki neft və qaz yataqlarından danışan C.Ovci qeyd edib ki, bu sahə ilə bağlı da Azərbaycan nümayəndə heyəti ilə ilkin danışıqlar aparılıb, ekspertlər müzakirələri davam etdirir: "Ümid edirəm ki, yaxın həftələrdə neft, qaz və Xəzərdə neft - qaz yataqlarının işlənməsi ilə bağlı yaxşı razılıq əldə olunacaq".
Ş. Mustafayev isə deyib ki, Azərbaycan və İran dost və qonşu ölkələrdir, iki ölkənin xalqları arasında tarixi bağlar mövcuddur: "İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Görüşdə enerji sahəsində iki ölkənin əməkdaşlıq perspektivi müzakirə olundu. Enerji sahəsində bir sıra yeni layihələr haqqında danışıq apardıq. İnanıram ki, yaxın gələcəkdə müzakirələrimiz yeni sənədlərin imzalanması ilə nəticələnəcək".
Azərbaycan ekspertlər qrupunun İranda olduğunu nəzərə çatdıran Ş.Mustafayev qeyd edib ki, ekspertlər qrupu danışıqlar aparır.