Yenilənmiş 50 manatlıq pul nişanı ən təhlükəsiz banknot kimi beynəlxalq mükafata layiq görülüb

A- A A+

Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı “ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, “Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – “Günəş”, inkişaf rəmzi olan – “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: