Muxtar respublikada 2021-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 355 milyon 837 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə ötən ilə müqayisədə 2,4 faiz artaraq 5097 manata çatıb.