Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 1 noyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 181891-ə çatıb. Hesabların 170244-ü və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-oktyabr aylarında açılmış 37812 bank hesabının 37772-si aktiv hesablar olubdur.
Həmçinin muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2021-ci il tarixə 1501-ə çatdırılıb.