NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə Naxçıvan Muxtar Respublikası Ədliyyə, İqtisadiyyat, Təhsil, Mədəniyyət nazirlikləri və digər təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında vergi uçotunun təşkili və uçot işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və bu sahədə mütəxəssislərin biliklərinin artırılmasından ibarətdir.
Təlimin ilk günü Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Cavid Ələkbərov “Büdcə təşkilatlarında vergi uçotunun təşkilinin nəzəri əsasları” modulu ətrafında çıxış edərək vergilərin tutulması metodikası, onun informasiya mənbələri, internet vergilər idarəsinin təlimatları, onlayn kargüzarlıq, vergi orqanlarına onlayn müraciətlər, ərizə, şikayət və təşəkkürlərin göndərilməsi qaydası, gəlir vergisindən azadolmalar, güzəştlər və digər mövzular barədə məlumat verilib.
Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında vergi orqanlarına təqdim edilən bəyannamələrin hazırlanması və göndərilməsi qaydaları, məzuniyyətlərin əmsallaşdırılması, əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin hesablanmasından danışılıb.
Təlimin sonunda tədris olunan mövzularla bağlı qiymətləndirmə aparılıb, iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
Hafizə Əliyeva