“Cahan Pen” MMC-nin və “Cahan Sənaye Kompleksi” MMC-nin nümayəndələri “Plast Eurasia İstanbul-2021” sərgisində iştirak edib

A- A A+

1-4 dekabr tarixlərində Tüyap Fuar Təşkilat Tikinti AŞ şirkətinin və Türk Plastik Sənayeçiləri Araşdırma, İnkişaf və Təlim Fondunun (PAGEV) təşkilatçılığı ilə İstanbuldakı Tüyap Sərgi və Konqres Mərkəzində “Plast Eurasia İstanbul-2021” sərgisi  keçirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, plastik sənayesi sahəsində ən yeni məhsul və texnologiyaların nümayiş olunduğu beynəlxalq sərgidə muxtar respublikada fəaliyyət göstərən “Cahan Pen” MMC-nin və  “Cahan Sənaye Kompleksi” MMC-nin nümayəndələri tədbirdə iştirak ediblər.

Sərgi müddətində muxtar respublika nümayəndələri plastik sənayesində fəaliyyət göstərən mövcud və yeni xarici tərəfdaşlarla görüşüb, avadanlıqların yenilənməsi və yeni layihələr haqqında müzakirələr aparıb və əməkdaşlığa dair ilkin razılaşma əldə ediblər. 

Qeyd edək ki, hər il keçirilən və Avropanın plastik sənaye sahəsində ən böyük tədbir olan sərgidə 40-dan çox ölkənin mindən artıq şirkəti və ya təmsilçisi, aidiyyəti sahədə fəaliyyət göstərən 100-dən çox ölkənin 50 mindən artıq ziyarətçisi qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: