G7 ölkələrinin xarici işlər nazirləri bu həftə sonu Liverpulda bir araya gələcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşün məqsədi son günlər regionda baş verən hadisələri müzakirə etməkdir.
Qrup Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Almaniya, Yaponiya və Avropa İttifaqından ibarətdir.
Xatırladaq ki, dünya liderləri ən son cari ilin iyununda 3 gün davam edən G7 zirvəsində iştirak etmişdilər.