Şərurda torpaqlar əkin dövriyyəsinə daxil edilir: Günnüt kəndində 55 hektarda taxıl əkini keçirilib - VİDEO
İşğaldan azad edilən Günnüt torpaqları iqtisadiyyatın yüksəldilməsi, kənd təsərrüfatının inkişafı üçün potensial bir mənbədir. Gələcəkdə bu torpaqlar mərhələ-mərhələ əkin dövriyyəsinə daxil ediləcək, müxtəlif bitkilər əkiləcək, meyvə bağları salınacaq, heyvandarlıq və arıçılıq üçün imkanlar genişlənəcək. Zəhmətkeş insan olan Mübariz Şirəliyevin başçılıq etdiyi ailə təsərrüfatının üzvləri ilkin mərhələdə bu ərazidə taxıl əkinlərinə üstünlük veriblər. 55 hektar sahədə şırım üsulu ilə əkilən taxıllar bol məhsula təminat verir. Bundan əlavə ərazidə 1 hektarda xaşa və 4 hektarda isə bostan bitkiləri əkiləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov