“Azərbaycan Hava Yolları” QSC (AZAL) Təl-Əvivdən Bakıya səyahət edən sərnişinlərinə müraciət edib.
QSC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gələn il yanvarın 17-dən 31-dək Təl-Əviv hava limanında (TLV) sərnişinlərə xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə əlaqədar olaraq, AZAL-ın Tel-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək.
Uçuşu bu elanda göstərilən tarixlərə düşən sərnişinlərdən xahiş olunur ki, Tel-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.