İlkin məlumatlara görə, cari ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 51 milyard 619,3 milyon manat və ya hər nəfərə orta hesabla 5153,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 209,4 milyon manatlıq vəsait qalıb.