İğdır-Naxçıvan qaz boru kəməri Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.
Nazir bildirib ki, ötən ilin dekabrında imzalanan sənədə əsasən İğdır-Naxçıvan təbii qaz boru kəməri çəkilir. Bu kəmər vasitəsilə illik 500 milyon, gündəlik 1,5 milyon kubmetr təbii qaz ötürüləcək. Naxçıvan üzərindən ötürülən təbii qaz Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələri daha da gücləndirəcək.