NDU tələbələri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin iş fəaliyyəti ilə də tanış olublar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İqtisadi inkişafda gömrük xidmətinin rolu və yeni startap layihələri” mövzusunda praktik məşğələ keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək Gömrük İdarəsində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş “Dünya iqtisadiyyatı”, eləcə də “Beynəlxalq ticarət və logistika” ixtisaslarında təhsil alan və startap komandalarında təmsil olunan tələbələri iştirak edib.

Komitənin İnnovasiya Mərkəzinin rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin Naxçıvanda startap hərəkatının genişlənməsi, innovasiyaların dəstəklənməsi, kadr hazırlığı işinin səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, gömrük işinin müxtəlif sahələrinə dair praktik seminarların təşkili, gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq və keçirilən görüşlər tələbələr tərəfindən iqtisadi sahədə startapların hazırlanıb təqdim olunmasına, könüllülük fəaliyyətinin təşviqinə marağı artırır. İqtisadi sahədə innovativ layihələrin hazırlanması ilə bağlı görülmüş işlərin nəticəsi olaraq bu vaxta qədər 6 layihə üzərində iş aparılıb, uğurlu layihələr mükafatlandırılıb və “Startap Naxçıvan” portalına təqdim olunub. Universitetdə cari tədris ilindən açılan “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri də yeni startaplar üzərində işləyirlər.

Sonra gömrük işinin müxtəlif sahələri və yeni startap layihələri ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallara cavablar verilib.

Tələbələr Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin müasir infrastrukturu və iş fəaliyyəti ilə də tanış olublar. Tanışlıq zamanı bu gömrük orqanının tarixi, sərhədi keçən nəqliyyat vasitələrinin qeydiyyatı, müayinə prosesi, gömrük nəzarəti zamanı tətbiq olunan texniki nəzarət vasitələri, rentgen-baxış qurğuları, sərnişin keçid zallarında gömrük işinin təşkili, malların bəyan olunması və rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib və gömrük əməkdaşlarının iş prinsipi əyani şəkildə izah olunub.  

Rahil Tahirli

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: