Mikayıl Cabbarov: "Bu il Azərbaycanda ÜDM-in artım tempi bizim proqnozlardan yüksək olub"

A- A A+

"Bu il Azərbaycanda ÜDM-in artım tempi proqnozlardan yüksək olub".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda ÜDM-in artım tempi 2021-ci ilin sonu üçün 3,4% həcmində proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Təşkilatları buna skeptik yanaşırdı:

"Onlar 1,7 %-dən yuxarı artım tempi görmürdülər. Lakin 11 ayın yekununda Azərbaycanda ÜDM-in artım tempi 5,3 faiz səviyyəsində qeydə alınıb ki, bu göstərici bizim öz proqnozlarımızdan yuxarıdır. Təbii olaraq aidiyyəti qurumlar da proqnozlarını yeniləyib və artırıb. Qeyri-neft sektorunda bu artım tempi daha da yüksək olub - 6,4%".

Nazir qeyd edib ki, burada vergi güzəştləri, investisiya təşviqi sənədi, ölkənin müxtəlif bölgələrində sənaye parklarının yaradılması, biznes mühiti, lisenziyalaşdırılmanın sadələşdirilməsi əsas rol oynayır: "Bu il qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə almışıq, qeyri-neft ixracı 44 faiz artıb ki, bu da həqiqətən yüksək rəqəmdir. Biz ilin sonuna qədər 2,6 milyard ABŞ dolları həcmində qeyri-neft ixracı nəzərdə tuturuq. Müstəqilliyimiz dövründə qeyri-neft ixracı 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Bu, tarixən yüksək göstəricidir. Həmçinin Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi də artaraq 53 milyard ABŞ dollarına çatıb’’.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: