Muxtar respublikada ümumi daxili məhsulun istehsalı 1,4 faiz artıb

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, muxtar respublikada 2021-ci ilin yanvar-noyabr aylarında 2 milyard 631 milyon 572 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 5693,6 manat olub.

Məlumatda bildirilir ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 991 milyon 794 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: